Prezident: Azərbaycan Mərkəzi Asiyada tamhüquqlu üzvdür
İlham Əliyev ölkənin investisiya potensialından danışıb
Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya regionunda tamhüquqlu üzvə çevrildiyini deyib.
Bu barədə dövlət başçısı II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, idarəçilik, inzibatçılıq, nəqliyyatın rəqəmsallaşması, gömrük qaydaları və tənzimləyici çərçivə ölkənin potensialını artırır.
Sosial şəbəkələrdə paylaş
