
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investisiya müqavilələrinin əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, 30 il əvvəl imzalanan müqavilələrdə heç bir dəyişiklik edilməyib.
Onun sözlərinə görə, bu amil investorların cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.