Prezident: Neft-qaz iqtisadiyyatımızın önəmli hissəsidir
İlham Əliyev mədən sənayesi üzrə Dövlət Proqramından danışıb
Prezident İlham Əliyev Azərbaycanın mədən sənayesinin inkişafı ilə bağlı yeni Dövlət Proqramının qəbul edildiyini bildirib.
Oxu.Az xəbər verir ki, dövlət başçısı bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib.
“Bir neçə gün öncə mədən sənayesi üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Burada bir çox tədbirlər nəzərdə tutulur. Bu, bizim inkişafımızın əsas istiqamətləridir”, - İlham Əliyev qeyd edib.
Prezident neft-qaz sektorunun da Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb:
“Bu il də artıq bir çox yeni müqavilələr imzalanıb. Yəni neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir və böyük bir rifah yaradacaq”.
Sosial şəbəkələrdə paylaş
