İlham Əliyev: “Bu, investisiyalar üçün gözəl fürsətdir”
Prezident elektrik enerjisinin ixracından danışıb
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir. Bu da yerli və xarici investisiyalar üçün gözəl bir fürsətdir”.
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə söyləyib.
Prezident Azərbaycanın güclü elektrik enerjisi potensialına malik olduğunu vurğulayıb.
“İlk növbədə, biz bunu daxildə necə istifadə edək, süni intellekt üçün, data mərkəzlərinin yaradılması üçün. İkincisi, biz bunu necə ixrac edək”, - deyə dövlət başçısı bildirib.
Sosial şəbəkələrdə paylaş
