Prezident: Bərpaolunan enerji ölkənin əsas istiqamətlərindən olacaq
Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafında prioritet təşkil edən sahələri açıqlayıb.
Dövlət başçısı bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, ölkənin böyük bərpaolunan enerji potensialı var və günəş, eləcə də külək elektrik stansiyalarının yaradılması üçün geniş imkanlar mövcuddur.
“Bizim məqsədimiz təbii qazdan istifadəni mümkün qədər azaltmaq, bu ehtiyatları ixrac üçün istifadə etməkdir. Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”, - İlham Əliyev deyib.
Sosial şəbəkələrdə paylaş
