
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq şirkətlər üçün cəlbedici investisiya məkanı olduğunu bildirib.
Dövlət başçısı II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı qeyd edib ki, müxtəlif sahələrdə fəaliyyət göstərən aparıcı qlobal şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirirlər.
İlham Əliyev vurğulayıb ki, ölkədə yüksək səviyyəli investisiya mühiti formalaşdırılıb.