Azərbaycan dünyada 15-ci ən dinamik ölkədir
Azərbaycan əhali baxımından dünyada 81-ci, ÜDM payına görə 83-cü, ərazisinin ölçüsünə görə isə 98-ci yerdədir.
Bunu İtaliyanın “TEHA Group & The European House” şirkətinin baş icraçı direktoru Valerio De Molli İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan dinamiklik göstəricisinə görə dünyada 15-ci sıradadır.
“2019-cu ilin əvvəlində Azərbaycan bu göstərici üzrə 145-ci yerdə idi. Bu, dinamiklik baxımından böyük sürətlənmənin olduğunu göstərir”, - deyə V.De Molli bildirib.
Onun sözlərinə görə, Azərbaycan davamlılıq üzrə 73-cü, gələcəyə yönümlülük üzrə isə 62-ci yerdə qərarlaşıb.
V.De Molli Azərbaycanın bu göstəricilər üzrə digər ölkələrdən daha sürətlə irəlilədiyini vurğulayıb.
Sosial şəbəkələrdə paylaş
