Tacikistan Baş naziri Bakıda Zəfər parkında
Tacikistanın Baş naziri Koxir Rasulzoda Bakıda Zəfər parkını ziyarət edib.
Qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Koxir Rasulzoda Zəfər abidəsinin önünə əklil qoyub.
Ona park və Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin yaddaşlarda yaşadılması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Tacikistanın Baş naziri daha sonra Fəxri xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyub.
Zərifə Əliyevanın, Əziz Əliyevin və Tamerlan Əliyevin məzarları da ziyarət olunub.
Sosial şəbəkələrdə paylaş



