Prezidentdən investorlara mesaj
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət edib.
Müraciət Baş nazirin müavini Samir Şərifov tərəfindən səsləndirilib.
Prezident bildirib ki, Cənubi Qafqazda formalaşan yeni şərait regional əməkdaşlıq, ticarət və investisiyalar üçün əlavə imkanlar yaradır.
İlham Əliyev Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm nəticələr əldə etdiyini qeyd edib. Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların artması iqtisadiyyatın qlobal dəyər zəncirlərinə inteqrasiyasını gücləndirir.
Müraciətdə nəqliyyat və logistika, enerji, rəqəmsal texnologiyalar, emal sənayesi və işğaldan azad edilmiş ərazilərdə bərpa layihələri investorlar üçün əsas istiqamətlər sırasında göstərilib.
