Zakir Həsənovdan Qazaxıstana başsağlığı
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı verib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Zakir Həsənov Xəzər dənizində hərbi təlim zamanı hərbçilərin həlak olması, bir nəfərin yaralanması və 7 nəfərin itkin düşməsi ilə bağlı kədərini ifadə edib.
“Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm.
Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyinə ümid edirəm. Allah rəhmət eləsin”, - deyə başsağlığında bildirilib.
Xatırladaq ki, bu gün saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizində keçirdiyi hərbi təlim zamanı 19 hərbçini dalğa aparıb. 9 hərbçi ölüb, 3 nəfər xilas edilib, 7 nəfərin axtarışları davam etdirilir.
