Azərbaycan nümayəndə heyəti zalı tərk etməyib
İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin iclas zalında olmadığı barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Pezeşkianın sentyabrın 23-də BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda olduğu bildirilir.
Sosial şəbəkələrdə yayılan iddialarda Azərbaycanın da daxil olduğu bir sıra ölkələrin nümayəndələrinin İran Prezidentinin çıxışı zamanı zalı tərk etdiyi qeyd olunub.
Lakin açıq mənbələrdəki məlumatlara əsasən, çıxış zamanı zalı tərk edən nümayəndə heyətlərindən biri ABŞ-a məxsus olub. İsrail nümayəndə heyətinin isə çıxışda iştirak etmədiyi bildirilib.
Azərbaycan nümayəndə heyətinin zalı tərk etməsi ilə bağlı yayılan məlumatların isə əsassız olduğu qeyd olunur.
