Əli Nağıyev təhlükəsizliklə bağlı çağırışlardan danışdı
Beynəlxalq təhlükəsizlik sistemi hazırda ciddi dəyişikliklər mərhələsindən keçir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev IV Bakı Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib ki, mövcud təhlükəsizlik mexanizmləri yeni təhdidlərə adekvat və çevik cavab vermək imkanlarını itirir.
DTX rəhbəri təhlükəsizlik sahəsində etibarlı tərəfdaşlığın vacibliyini qeyd edib.
O bildirib ki, təhlükəsizlik anlayışı artıq yalnız sərhədlərin mühafizəsi ilə məhdudlaşmır. Davam edən münaqişələr regional proseslərlə yanaşı, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə də təsir göstərir.
Sosial şəbəkələrdə paylaş

