Tramp Hikmət Hacıyevin müsahibəsini yayımladı
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini öz sosial media hesabında paylaşıb.
O, müsahibəni “Truth Social” platformasında “Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə təqdim edib.
Hikmət Hacıyev müsahibəsində Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesindəki rolundan bəhs edib.
Sosial şəbəkələrdə paylaş
