İlham Əliyev Sərəncam imzaladı
Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla təsdiq edilən Dövlət Proqramı 2027-2030-cu illəri əhatə edir.
Sənədə əsasən, Nazirlər Kabineti proqramda nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti təmin etməli, görülən işlərin vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir.
Proqramın icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılacaq.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi isə proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin və dövlət investisiya proqramlarının hazırlanması zamanı zəruri vəsaitin nəzərdə tutulmasını təmin etməlidir.
