İlham Əliyev: Böyük yataqların mövcudluğu ehtimalı yüksəkdir
Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Orada da vaxtilə – sovet dövrünü nəzərdə tuturam – və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmayıb”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı qeyd edib ki, Naxçıvanda böyük yataqların mövcudluğu ehtimalı yüksəkdir.
“Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq”, - deyə Prezident bildirib.
Sosial şəbəkələrdə paylaş
