Paşinyan TRIPP-dən danışdı
Ermənistanın baş naziri Nikol Paşinyan “Trampın Marşrutu” (TRIPP) layihəsinin ölkə iqtisadiyyatı üçün yeni mərhələnin başlanğıcı olacağını deyib.
Erməni mediasına istinadən xəbər verir ki, Paşinyan bunu ABŞ-da “Konkordiya” sammitində panel müzakirəsi zamanı açıqlayıb.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi regional əlaqəliliyin tam təmin olunmasına imkan verəcək.
“TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni dövrün başlanğıcını qoyacaq. İlk növbədə Azərbaycanla dəmiryol əlaqəmiz olacaq”, - Paşinyan vurğulayıb.
Baş nazir Ermənistan-Türkiyə sərhədinin açılmasını və bu çərçivədə dəmiryol əlaqəsinin yaradılmasını da gözlədiklərini bildirib.
Paşinyan qeyd edib ki, layihə beynəlxalq logistika marşrutlarının dəyişməsinə və Şərqlə Qərb arasında yeni marşrutun formalaşmasına səbəb ola bilər.
