Gürcüstan 83 əcnəbini ölkədən çıxarıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlər keçirdiyi tədbirlər çərçivəsində 83 əcnəbini ölkədən deportasiya edib.
Bu barədə Gürcüstan DİN məlumat yayıb.
Məlumata görə, deportasiya edilənlər Azərbaycan, Türkmənistan, Türkiyə, Rusiya, Efiopiya, Misir, İraq, Hindistan, Burundi, Pakistan, Keniya, Bolqarıstan, Banqladeş, İordaniya, Nigeriya, Ermənistan, Özbəkistan, Çin və digər ölkələrin vətəndaşlarıdır.
Qanunvericiliyə uyğun olaraq, deportasiya olunan şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa tətbiq edilib.
DİN qeyd edib ki, qeyri-qanuni miqrasiyaya qarşı tədbirlər davam etdirilir. Bildirilib ki, ilin əvvəlindən 3 mindən çox şəxs Gürcüstandan çıxarılıb.
Sosial şəbəkələrdə paylaş
