İlham Əliyev işğal dövründə meşələrin məhv edilməsindən danışıb
“Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm də subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib”.
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.
Prezident bildirib ki, sovet dövründə aşkar edilmiş bir çox yataq işğal altında olan ərazilərdə yerləşib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın təbii resurslarının talan edildiyini qeyd edib.
Dövlət başçısının sözlərinə görə, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu məhv edilib və talan olunub.
İlham Əliyev əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin həmin rayonlardan çıxarılması zamanı da ərazilərdə meşələrə ziyan vurulub, müxtəlif əmlaklar sökülərək aparılıb.
