Məsim Məmmədov Çində beynəlxalq tədbirdə iştirak edib
Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Çin Xalq Respublikasına səfər edib.
O, Cıciang əyalətinin Şaosin şəhərində keçirilən 2026-cı il Ümumdünya Təmizlik Gününə həsr olunmuş beynəlxalq tədbirdə iştirak edib. Tədbir BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə keçirilib.
Səfər zamanı Məsim Məmmədov Şaosin şəhər komitəsinin katibi Şi Huifang ilə görüşüb.
Görüşdə Azərbaycan-Çin əlaqələrinin inkişaf dinamikası, Laçında həyata keçirilən bərpa layihələri və Şaosinin şəhər inkişafı sahəsində təcrübəsi müzakirə edilib.
Həmçinin Laçın rayonu ilə Şaosin şəhəri arasında yaşıl şəhər konsepsiyası, infrastruktur, mədəniyyət və turizm istiqamətlərində əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
Tərəflər təmiz və dayanıqlı şəhər mühitinin yaradılması, eləcə də beynəlxalq təcrübə mübadiləsinin vacibliyini qeyd ediblər.
