Kərki ilə bağlı Ermənistanda yeni plan
Ermənistan hökuməti Azərbaycanın Sədərək rayonunun Kərki kəndində yaşayan erməni sakinlərin köçürülməsi məsələsini gündəmə gətirib.
Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Baş nazir Nikol Paşinyana bu istiqamətdə üç fərqli variant təqdim edib.
Variantlardan birinin kompensasiya ödənilməsi yolu ilə sakinlərin başqa əraziyə köçürülməsini, digər iki variantın isə yeni yerləşmə imkanlarının yaradılmasını nəzərdə tutduğu bildirilir.
Kərki kəndi Azərbaycanın Sədərək rayonunun ərazisində yerləşir və Ermənistanın nəzarətində olan Azərbaycan eksklavı hesab olunur. Ermənistan tərəfi kəndi Tiqranaşen adlandırsa da, Paşinyan son çıxışlarında kəndi Azərbaycan adı ilə – Kərki kimi təqdim edib.
Sosial şəbəkələrdə paylaş