Putin: Rusiya genetika sahəsində öncül olmalıdır

Rusiya Prezidenti Vladimir Putin Moskva Fizika-Texnika İnstitutunda tələbələrlə görüş zamanı bildirib ki, ölkə genetika sahəsində digər ölkələrdən geri qalmamalı, öncül olmalıdır. Putin genetikanı “atom bombasının ixtirasından belə daha ciddi sahə” adlandırıb.
Görüş zamanı Prezident həmçinin qeyd edib ki, Rusiya kənd təsərrüfatının bir sıra sahələrində lider mövqeyə çatıb, lakin sahənin inkişafı üçün hələ böyük potensial mövcuddur. Onun sözlərinə görə, bir çox sahələrdə tam müstəqilliyin əldə olunması prioritetdir.
Putin həmçinin Şimal Dəniz Yolunun mənimsənilməsinin həm Rusiyanın, həm də beynəlxalq ticarətin maraqlarına xidmət etdiyini vurğulayıb.
Sosial şəbəkələrdə paylaş