Nazir Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov 20 sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.
Nazir “X” hesabında qeyd edib ki, 2023-cü il sentyabrın 20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.
M. Cabbarov bu münasibətlə Azərbaycan xalqını təbrik edib və ölkəyə sülh, sabitlik və firavanlıq arzulayıb.
Paylaşımda suverenliyin bərpası yolunda şəhid olanların xatirəsi də ehtiramla anılıb.
Sosial şəbəkələrdə paylaş
