Azərbaycanlı qazilər Ankara Hava Muzeyində qəbul edilib
Azərbaycandan olan qazilər və onların ailə üzvləri Ankara Hava Muzeyində qəbul edilib
Azərbaycandan olan bir qrup qazi və onların ailə üzvləri Türkiyənin Ankara Hava Muzeyi Baş İdarəsində qəbul edilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MMN) “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, 19 Sentyabr – Qazilər Günü münasibətilə Azərbaycandan olan qazilər və onların ailə üzvləri Ankara Hava Muzeyi Baş İdarəsində keçirilən proqramda iştirak ediblər.
“Birlikdə güclü, birlikdə qardaşıq. Ankara Hava Muzeyi Baş İdarəsində keçirilən mənalı proqramda qəhrəmanlarımızın xatirələrini dinlədik, ortaq tariximizin və zəfərlərimizin qürurunu hamımız birlikdə bölüşdük”, – paylaşımda qeyd olunub.
Sosial şəbəkələrdə paylaş