
Yanvarın 23-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner arasında dörd saatlıq danışıqlar başa çatıb. Görüş qapalı formatda keçirilib və Ukrayna münaqişəsinin həlli üzrə əsas məsələləri əhatə edib.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşü “son dərəcə məzmunlu, konstruktiv, açıq və etibarlı” adlandırıb. Amerikan tərəfi isə Davosdan birbaşa Tramp-Zelenski görüşü və ABŞ-Ukrayna əlaqələri barədə təəssüratlarını bölüşüb.
Danışıqlar nəticəsində Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik üzrə üçtərəfli işçi qrupunun yaradılması və ilk iclasının bu gün Abu-Dabidə başlayaraq iki gün davam edəcəyi razılaşdırılıb.