Prezident: Azərbaycanda mənəvi dəyərlərə və ənənələrə sadiqlik əsas istiqamətdir
Prezident İlham Əliyev Azərbaycanda mənəvi dəyərlərin və ənənələrin cəmiyyət üçün əsas istiqamətlərdən biri olaraq qaldığını bildirib.
Dövlət başçısı bu barədə TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən danışıb.
İlham Əliyevin sözlərinə görə, Azərbaycanda “xain, antimilli, satqın strukturlar” mahiyyət etibarilə marjinal xarakter daşıyır və xalqın böyük əksəriyyəti tərəfindən ittiham olunur.
Prezident qeyd edib ki, ölkənin mənəvi dəyərlərinə, ənənələrinə və həyat tərzinə zərər vurmağa yönələn cəhdlər cəmiyyət tərəfindən mənfi qarşılanır.
“Lakin bu, bütün işləri başa çatdırdığımız anlamına gəlmir, çünki ölkələrimizdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək”, - deyə dövlət başçısı bildirib.
Sosial şəbəkələrdə paylaş
