İlham Əliyev TDT rəsmilərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və təşkilata üzv ölkələrin təhlükəsizlik qurumlarının rəhbər və yüksəkvəzifəli nümayəndələrini qəbul edib.
Görüşdə TDT Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş, Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekov, Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva və Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağan iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edib.
Sosial şəbəkələrdə paylaş
