
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı Bakıda keçirilir.
Heydər Əliyev Mərkəzində təşkil olunan toplantıya Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov rəhbərlik edir.
Tədbir çərçivəsində Prezident İlham Əliyevin iştirakçılara müraciəti oxunub.