
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı Bakıda keçirilir.
Heydər Əliyev Mərkəzində təşkil olunan toplantıya Azərbaycan Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov rəhbərlik edir.
Ramil Usubov tədbir iştirakçılarına Prezident İlham Əliyevin müraciətini təqdim edib.