Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi gələn həftə başlayacaq.
İlk məhkəmə iclasının sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməsi nəzərdə tutulub.
İş üzrə DTX tərəfindən şahid qismində dindirilən şəxslər arasında Ramiz Mehdiyevin Bakı Dövlət Universitetində kafedra müdiri işləyən qızı Kamilə Əliyeva, kürəkəni İlham Əliyev, ləğv edilmiş “Bank BTB”nin əsas səhmdarı olmuş gəlini Nigar Mehdiyeva, bankın Müşahidə Şurasının sədri və səhmdarlarından biri Sadiq Rza İsmayıl, “Şərq-Qərb” Nəşriyyatının direktoru Sevil İsmayılova, AXCP sədri Əli Kərimli və sədr müavini Məmməd İbrahim də yer alır.
Onların məhkəmə istintaqı zamanı da şahid qismində dindirilməsi gözlənilir.
Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə təqsirləndirilir.
Qeyd edək ki, Mehdiyev uzun illər Prezident Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışıb.
Qanunvericiliyə əsasən, cinayət törədərkən 65 yaşdan yuxarı olan şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.
