Tramp “Sülh Şurası” sədri postunu ömürlük saxlamağa açıqdı

ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası”nın sədri vəzifəsini ikinci prezidentlik dövründən sonra da davam etdirməyə, hətta “ömürlük” saxlamaya açıq olduğunu bildirib. CNN-in məlumatına görə, Tramp qərarın əsasən öz ixtiyarında olduğunu qeyd edib.
Air Force One təyyarəsi ilə İsveçrədən Vaşinqtona qayıdarkən jurnalistlərə danışan Tramp bildirib: “İstəsəm, bu hüquqa malikəm. Mən qərar verəcəm.” O əlavə edib ki, başqaları onun vəzifədə qalmasını tövsiyə edir, amma özü bunun istədiyi barədə hələ qərar verməyib.
“Sülh Şurası”nın nizamnaməsinə görə, sədr yalnız könüllü istefa verdikdə və ya səlahiyyətini itirdikdə əvəz oluna bilər. Sənəddə Trampın ilk sədr olduğu xüsusi qeyd olunub ki, bu da onun vəzifəsini yalnız özü arzu edərsə tərk etməsinə imkan verir.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinin dondurulmuş rus aktivlərini “Sülh Şurası”na qatılması üçün istifadə edə biləcəyinə dair sualı da cavablandırıb. O bildirib: “O ‘Sülh Şurası’na qoşulacaq və bir milyard dollar hədiyyə edəcək, əgər öz pulundan istifadə edirsə – bu əladır.”