Hikmət Hacıyev Səid bin Mübarək Əl-Hacəri ilə Azərbaycan-BƏƏ əlaqələrini müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı BƏƏ-nin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb.
Bu barədə Hikmət Hacıyev özünün “X” hesabında paylaşım edib.
O qeyd edib ki, görüşdə Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Azərbaycan və BƏƏ regional miqyasda “orta güc” statusuna malik dövlətlər kimi beynəlxalq münasibətlərdə müsbət və konstruktiv rol oynayaraq sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verirlər”, - deyə paylaşımda bildirilib.
Sosial şəbəkələrdə paylaş
