Ərdoğan Balqan sülh platformasının nümayəndələri ilə İstanbulda görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda Balqan Sülh Platformasının nümayəndələrini qəbul edib. Görüşdə Monteneqro və Kosovonun vitse-prezidentləri, Bosniya və Herseqovina və Şimali Makedoniyanın xarici işlər nazirləri, Serbiyanın xarici işlər nazirinin müavini və Albaniyanın Avropa və xarici işlər naziri iştirak ediblər.
İştirakçılar platformanın ikinci iclası çərçivəsində ölkələrinin Türkiyə ilə ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər. Ərdoğan təhlükəsizlik, enerji, texnologiya, nəqliyyat və digər əhəmiyyətli sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, Türkiyə regionda sülhün təmin olunması istiqamətində fəaliyyətini davam etdirir və Balqan ölkələri keçmiş dərslərdən nəticə çıxararaq gələcəyə yönəlməlidir.