Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə danışıqlar aparıb
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaşla görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Hacıyev “X” hesabında paylaşım edib.
Görüşdə Azərbaycan-BƏƏ münasibətlərinin müxtəlif istiqamətlərdə möhkəmləndirilməsi imkanları, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər bölgədəki son prosesləri də müzakirə ediblər.
Sosial şəbəkələrdə paylaş
