
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azadlıq Radiosu”na açıqlamasında görüşün sentyabr ayında Nyu-Yorkda baş tutacağını deyib.
Mirzoyan görüşün BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcəyini bildirib.
Xatırladaq ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu-Yorkda başlayıb.