Türkiyənin XİN rəhbəri Hakan Fidan Bakıya gəlib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Hakan Fidanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qarşılayıb.
Səfər çərçivəsində iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında təkbətək görüş baş tutub.
Qeyd olunub ki, səfər Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərinin, həmçinin iki qardaş ölkə arasındakı əlaqələrin əhəmiyyətini nümayiş etdirir.
Sosial şəbəkələrdə paylaş