İspaniya Azərbaycan–Ermənistan sülh prosesində irəliləyişi dəstəkləyir

İspaniya Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişi müsbət qiymətləndirir. APA xəbər verir ki, bunu İspaniya Deputatlar Konqresinin prezidenti Fransina Armenqol Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, müvafiq şərait yaradılacağı təqdirdə proses Qarabağ münaqişəsinə son qoyacaq sülh sazişi ilə nəticələnə və regionda yeni əməkdaşlıq mərhələsi aça bilər. Armenqol vurğulayıb ki, beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü prinsipləri hər iki parlament tərəfindən paylaşılır.
Urbaninfo.az
Sosial şəbəkələrdə paylaş