Hikmət Hacıyev diplomatlarla “İstisu” zavodunda: “Öz suyumuzu içəcəyik”
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri davam edir.
Səfərin ikinci günündə diplomatlar Kəlbəcərdə yerləşən “İstisu” mineral sudoldurma zavodunda olublar. Nümayəndə heyəti müəssisənin fəaliyyəti və istehsal prosesi ilə tanış olub.
Zavoda baxış zamanı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Məcəid Dəmirçilu ilə söhbət edib.
H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkianın Bişkekdəki görüşündə “İstisu” mineral suyu ilə bağlı maraqlı ənənənin əsası qoyulub.
“Onlar qərara gəldilər ki, ancaq Kəlbəcər suyu içəcəyik, “İstisu”. Başqa sözlə desək, öz suyumuzu içəcəyik. Bu gün də İran İslam Respublikasının səfiri Dəmirçilu ilə İstisu zavodundayıq. Biz də qərara gəldik ki, prezidentlərimizin iradəsinə, onların yolunun davamı olaraq Kəlbəcər suyu içək”, - deyə H.Hacıyev vurğulayıb.
