Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə səfər edəcək
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfərin ilk günündən görüntüləri “X” hesabında paylaşıb.
H.Hacıyev bildirib ki, xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar.
Diplomatik korpusun nümayəndələri sentyabrın 11-də səfər çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə baş çəkiblər.
[video=
Sosial şəbəkələrdə paylaş
