İlham Əliyev rəqabətin inkişafı ilə bağlı Milli Fəaliyyət Planını təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə sənəddən irəli gələn məsələlərin həllini təmin etmək tapşırılıb.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirəcək və onların icra vəziyyəti barədə ildə bir dəfə dövlət başçısına məlumat təqdim edəcək.
Sənəddə nəzərdə tutulan tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi isə Dövlət Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
