
Şuşa şəhərində Meksikanın Müstəqillik Günü ilə bağlı tədbir təşkil edilib.
Tədbir ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində keçirilib. İkigünlük səfər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə həyata keçirilir.
Mərasimdə Hikmət Hacıyev, eləcə də Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Victoria Romero Caballero çıxış ediblər.
[video=]