Diplomatik korpusun nümayəndələri Şuşada bir sıra məkanlara baş çəkiblər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri davam edir.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə həyata keçirilən səfər çərçivəsində diplomatlar Şuşa şəhərinə gediblər.
Onlar burada Gövhər Ağa məscidini ziyarət edib, şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.
Diplomatik korpusun nümayəndələri Şuşa Yaradıcılıq Mərkəzində nümayiş etdirilən “Heydər Əliyev və Qarabağ” sərgisinə də baxıblar.
[video=]
Sosial şəbəkələrdə paylaş
