Diplomatlar Şuşada qala divarları ilə tanış olublar
Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfər edən ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri Şuşaya səfər ediblər.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatları səfər zamanı müşayiət edib.
Nümayəndə heyəti Şuşa qala divarlarını ziyarət edib və tarixi məkanla tanış olub.
Səfərin sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər.
[video=
Sosial şəbəkələrdə paylaş
