
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri zamanı Qarabağ Universitetinin tələbələri ilə görüşüb.
Hikmət Hacıyev Hüquq fakültəsinə 600-dən yuxarı balla qəbul olan tələbələri təbrik edib, onların təhsil və gələcək fəaliyyətləri barədə fikir mübadiləsi aparıb.