İmamoğlu ilə bağlı məhkəmə qərarı: 2 il 1 ay həbs
İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Ekrem İmamoğlu barəsində məhkəmə hökmü çıxarılıb.
“Haber Global” xəbər verir ki, İmamoğlu Tuzlanın keçmiş bələdiyyə sədri Şadi Yazıcıya qarşı təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinərək 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Prokuror məhkəmədə İmamoğlu üçün 3 ay 15 gündən 2 il 4 aya qədər həbs cəzası tələb edib.
Müdafiə tərəfinin çıxışlarından sonra məhkəmə iş üzrə qərarını elan edib.
Hökm apellyasiya instansiyasında qüvvədə qalarsa, İmamoğlu barəsindəki siyasi qadağa da yekunlaşacaq. Bu halda İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə məclis üzvləri arasında yeni seçkinin keçirilməsi tələb oluna bilər.
Sosial şəbəkələrdə paylaş