Erdoğan İranda vəziyyəti yaxından izlədiklərini bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22 yanvar tarixində İran Prezidenti Məsud Pezəşkian ilə telefon danışığı aparıb. Danışıqlar zamanı Ankara və Tehran arasındakı münasibətlər və regiondakı son hadisələr müzakirə olunub.
Ərdoğan bildirib ki, Türkiyə İranda baş verənlərə diqqətlə baxır və ölkədə sülh və sabitliyin qorunması Türkiyə üçün böyük əhəmiyyət kəsb edir. O əlavə edib: “Türkiyə heç vaxt İrana xarici müdaxilə ssenarilərini dəstəkləməyib” və regional gərginliyin qarşısının alınmasının Ankaranın maraqlarına xidmət etdiyini vurğulayıb.
Xatırladaq ki, ötən ilin sonundan İranda milli valyutanın devalvasiyası və yüksək inflyasiya səbəbindən geniş etirazlar davam edir və bir neçə həftə ərzində təxminən 3–4 min insan həlak olub.
Sosial şəbəkələrdə paylaş