Nobel mükafatlarının 2026-cı il üzrə qalibləri bu tarixlərdə açıqlanacaq
2026-cı il Nobel mükafatlarının laureatlarının elan ediləcəyi tarixlər müəyyənləşib.
Məlumata görə, qaliblərin adları oktyabrın 5–12-si tarixlərində açıqlanacaq.
İlk olaraq oktyabrın 5-də fiziologiya və ya tibb üzrə Nobel mükafatının laureatı elan ediləcək. Oktyabrın 6-da fizika, 7-də kimya, 8-də ədəbiyyat, 9-da isə Nobel Sülh Mükafatı üzrə qalib açıqlanacaq.
Alfred Nobelin xatirəsinə İsveç Mərkəzi Bankı tərəfindən təsis edilən İqtisadi Elmlər üzrə mükafatın builki laureatının adı oktyabrın 12-də elan olunacaq.
Qaliblərin elanları Nobel mükafatının rəsmi rəqəmsal platformalarında canlı yayımlanacaq.
Mükafatların təqdimetmə mərasimi dekabrın 10-da Stokholmda baş tutacaq. Laureatlara Nobel medalı və diplomla yanaşı, mükafat məbləğini təsdiqləyən sənəd təqdim ediləcək.
