Bakıda beynəlxalq iqlim tədbiri keçirilir
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində Bakıda rəsmi açılış mərasimi təşkil olunub.
Mərasimdə xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, COP31-in icraçı direktoru Fatma Varank, BMT rəsmiləri və digər dövlət nümayəndələri iştirak edirlər.
Dördüncü İqlim Həftəsi Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Sentyabrın 7-də başlayan tədbir proqramı sentyabrın 11-dək davam edəcək.
Sosial şəbəkələrdə paylaş
