
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ona Rusiya Prezidenti Vladimir Putin zəng edib və Ermənistan-Azərbaycan konfliktini onun bir gün ərzində həll etməsinə inanmadığını deyib. Bu barədə DW xəbər verir.
Tramp qeyd edib ki, bu konflikt 35 il davam etmişdi, lakin o, bunu bir günə həll edib. O əlavə edib ki, Putin ona bildirib ki, 10 ildir bu problemi həll etməyə çalışır, amma buna nail ola bilməyib.
ABŞ Prezidenti vurğulayıb ki, o Putinə deyib: “Mənə bir xeyir et, Ukrayna ilə müharibəni həll etməyə fokuslan və Ermənistan-Azərbaycan konflikti ilə bağlı narahat olma.”