YAP-ın VIII Qurultayına hazırlıq başlayıb
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayına hazırlıq işlərinə başlanılıb.
Hazırda partiyanın rayon təşkilatlarında konfranslar keçirilir. Konfranslar zamanı rayon təşkilatlarının hesabat dövründə gördüyü işlər müzakirə edilir və fəaliyyətinə qiymət verilir.
Eyni zamanda, YAP-ın VIII Qurultayında iştirak edəcək nümayəndələr seçilir.
Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, partiyanın qurultayı İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır.
YAP-ın VII Qurultayı 2021-ci il martın 5-də keçirilib. Bu baxımdan, partiyanın növbəti – VIII Qurultayının 2026-cı ildə keçirilməsi gözlənilir.
VIII Qurultayın keçiriləcəyi tarix YAP İdarə Heyətinin iclasında müəyyənləşdiriləcək.
Sosial şəbəkələrdə paylaş
