
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad edilib.
Bu barədə qərar Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən qəbul olunub. Qərar Holdinqin İdarə Heyətinin sədrinin təqdimatına əsasən verilib.
Məlumata görə, Baş icraçı direktor vəzifəsinin icrası müvəqqəti olaraq bu vəzifənin müavini Dəyanət Sədullayevə tapşırılıb.
Qərardan irəli gələn məsələlərin həlli ilə bağlı AİH-in İdarə Heyətinə müvafiq göstərişlər verilib.